Şirvanda qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb
17-11-2021, 12:38
Oxunub: 3 520
Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət edən 26 yaşlı bir qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyib pul tələb etməsini bildirib.
Müraciətlə əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər