Şagirdlərə narkotiklərin zərərləri barədə bilgilər verildi
1-12-2021, 17:15
Oxunub: 3 248
Kürdəmir RPŞ-nin təşkilatçılığı ilə T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, eləcə də məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Arzu Rzayev gənclərin sağlam gələcəkləri üçün real təhlükə törədən narkotiklərin səbəb olduğu faciələrdən söhbət açıb. Rəis bildirib ki, artıq ümumbəşəri bəlaya çevrilmiş “ağ ölüm” kimi tanınan narkotik maddələr bir çox ölkələrdə yeniyetmə və gənclərin həyatlarında sağalmaz izlər buraxır, onları fiziki və psixoloji cəhətdən özünün təsiri altına salır. Lakin, digər ölkələrdən fərqli olaraq müstəqil dövlətimizdə bu maddələrin yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı bütün zəruri tədbirlər həyata keçirilərək, əhatəsinin genişlənməməsi üçün qətiyyətli addımlar atılır. Məktəblilərə tövsiyə olunub ki, qarşılaşa biləcəkləri bu cür bəlalardan hər zaman kənar gəzsinlər, ölkəmizin savadlı, sağlam və xoşbəxt vətəndaşı kimi yaşasınlar.
Daha sonra çıxış edənlər keçirilən tədbirin mahiyyətini bir daha qeyd edərək, bu cür görüşlərin gənclərin həyatında böyük rol oynadığını və bu tədbirlər sayəsində gənclərin məktəbli vaxtlarından narkotiklərin zərərləri barəsində daha geniş məlumatlı olduqlarını qeyd ediblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər