BolgeXeber.Com » Ölkə » Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

6-12-2021, 16:13
Oxunub: 3 392 Azərbaycanda dekabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bolgexeber.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.