İcra başçısı uşaqların bayram şənliklərində iştirak edib
28-12-2021, 17:46
Oxunub: 2 360
Rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.
İcra başçısı qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.
Bildirilib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələri Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.
Şənliklərdə çıxış edən şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Paşayeva, 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova dövlət tərəfindən uşalqara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər, qeyd olunub ki, körpələr evi-uşaq bağçalarında uşaqların sağlam böyüməsi üçün hər cürə şərait yaradılıb.
Tədbirlərdə rayon rəhbəri balaca fidanlarla xatirə şəkilləri çəkdirib.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman