Məktəblilər üçün qış tətili neçə gün olacaq?
7-01-2022, 18:04
Oxunub: 3 112
Təhsil Nazirliyi 27-31 yanvar qış tətili ilə bağlı məsələyə aydınlıq gətirib.
Qış tətili günləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə əsasən, 27-31 yanvar tarixləridır.
Lakin 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində 31 yanvar tarixi qış tətili, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 və 31 yanvar tarixləri qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur.
Yəni, ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 yanvar qış tətilidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər