BolgeXeber.Com » Ölkə » Son sutkada 27 mindən çox vaksin vurulub

Son sutkada 27 mindən çox vaksin vurulub

15-01-2022, 15:29
Oxunub: 1 936 Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 376 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 292 nəfərdir.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.