BolgeXeber.Com » Ölkə » "Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir

"Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir

25-02-2022, 11:40
Oxunub: 3 384 "Səyyar ASAN" avtobusu 01.03.2022-ci il tarixdən 18.03.2022-ci il tarixədək (18 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanda Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.
Göstərilən xidmətlər:
  • Tibb xidməti
  • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsiMənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsiƏmək pensiyalarının təyin edilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  • Notariat fəaliyyəti
Qeyd:
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.