31 mart - Azərbaycanlıların Soyqırımı
31-03-2022, 16:06
Oxunub: 3 336
Bildiyimiz kimi, xalqımızın başına zaman-zaman bir çox müsibətlər gətirilmişdir. Dəfələrlə erməni qəsbkarları tərəfindən soyqırım həyata keçirilmiş, soydaşlarımız öz dədə-baba yurdlarından didərgin salınaraq, mülklərindən məhrum edilmişdir. Bu siyasət nəticəsində xalqımız məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Bu soyqırımı nəticəsində Şamaxı qəzasındakı 120 kəndin 86-sı erməni təcavüzünə məruz qalmış, Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Xüsusilə 31 Mart- Azərbaycanlıların soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimizin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.
Zaman-zaman başımıza gələn müsibətləri, soyqırımı faciələrini hər bir Azərbaycan gənci bilməlidir. Biz bu günlərə od-alov içərisindən çıxaraq gəlmişik. Doğma Azərbaycanımız öz müstəqilliyini min bir əziyyətlə qazanıb. Gənclərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhu ilə böyütmək üçün hər zaman xüsusi diqqət ayrılmışdır. Məhz bunun nəticəsidir ki, illərlə işğal altında olan müqəddəs torpaqlarımızı 44 gün ərzində azad edən Müzəffər Ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlət başçımızın qətiyyəti sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Xalqımızın başına gətirilən faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir. Bu həqiqətləri unutmağa mənəvi haqqımız yoxdur.
Faciə qurbanlarının əziz xatirəsini xüsusi ehtiramla yad edirik!
Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi – Fidan Nəsirli
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər