BolgeXeber.Com » Ölkə » Rayon rəhbəri Aprel Şəhid Nicat İsgəndərovun ailəsini ziyarət edib
Rayon rəhbəri Aprel Şəhid Nicat İsgəndərovun ailəsini ziyarət edib
2-04-2022, 18:07
Oxunub: 3 360
Tərtər Rayon İcra Hakimiyyıtinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin Aprel hadisələrinin 6-cı ildönümü ilə əlaqədar Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə Şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.
Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışılıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri-böyük zəfərin başlanğıcı oldu.
Qeyd edək ki, Nicat İsgəndərov ölümündən sonra aprel döyüşlərində göstərdiyi sücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4V sinifinə verilib.
Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər