BolgeXeber.Com » Ölkə » Mingəçevirdə ticarət mərkəzində külli miqdarda pul oğurlanıb-VİDEO
Mingəçevirdə ticarət mərkəzində külli miqdarda pul oğurlanıb-VİDEO
4-04-2022, 14:09
Oxunub: 3 672Mingəçevirdə yerləşən ticarət obyektindən oğurluq hadisəsi baş verib.
Bölgə Tv-nin Qarabağ üzrə bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin energetiklər yaşayış massivindəki Qədiroğlu ticarət şəbəkəsinin mağazalarından birində qeydə alınıb.
Naməlum şəxslər tərəfindən obyektdən külli miqdarda nağd pul və təhlükəsizlik kameralarının yaddaş qurğuları oğurlanıb.
Baş vermiş hadisə ilə bağlı şəhər Polis Şöbəsi əməkdaşları əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı araşdırma aparılır.