Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadəyə görə döydü
7-04-2022, 13:00
Oxunub: 4 256
Abşeronda kişi arvadını "Tik-Tok” sosial şəbəkəsindən istifadə etdiyinə görə döyüb.
Bolgexeber.com xəbər verir ki, "Report”un əldə etdiyi məlumat görə, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.
İttiham aktına əsasən, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü V.X. (ad, soy adı şərti) həyat yoldaşı L.X. (ad, soy adı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının "Tik-Tok” sosisl şəbəkəsindən istifadə etməsi olub.
Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyəsinə yumruqla vurub.
Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər