BolgeXeber.Com » Ölkə » Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

7-04-2022, 17:00
Oxunub: 2 304 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 259 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 755, bu günə qədər isə ümumilikdə 6 731 315 test icra olunub.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 9 497 vaksin vurulub.
 
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.
 
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı 232 234 təşkil edir.