Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları
12-04-2022, 14:55
Oxunub: 3 704
Gənclərimizə Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir, ictimai proseslərdə yaxından iştirak edir. Bütün uğurlu sahələrdə olduğu kimi gənclərimiz idman sahəsində də bir daha öz sözünü deyir, bir-birinin ardınca uğurlara imza atır. Onların səsinin beynəlxalq arenadan gəlməsi təsadüfi deyil, bu Azərbaycanın idman ölkəsi oluğunu bir daha sübut edir. Bildiyimiz kimi, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etmişdir. Bu dövlət başçımızın idmançılara olan diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentimiz görüş zamanı qeyd etmişdir:
“Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır.”
Bəli , 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm ön, həm arxa cəbhədə yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Ali Baş Komandanımız İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz, idmançılarımız böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, xalqımızın torpaq həsrətinə son qoyaraq, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Budur Vətənpərvər Azərbaycan Gəncliyi !
İnanırıq ki, bundan sonra da idmançılarımız bizi öz parlaq qələbələri ilə sevindirəcək. Üçrəngli bayrağımız daim ucalarda dalğalansın ! Eşq olsun Azərbaycanımıza !
Fidan Nəsirli
Bərdə rayon Gənclər və İdman
İdarəsinin baş məsləhətçisi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər