BolgeXeber.Com » Ölkə » Bərdədə "Vətənpərvərlik - ali mənəvi dəyərdir" mövzusunda geniş tədbir keçirilmişdir
Bərdədə "Vətənpərvərlik - ali mənəvi dəyərdir" mövzusunda geniş tədbir keçirilmişdir
13-05-2022, 10:46
Oxunub: 3 560
"İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Milli Qəhrəman E.Kərimov adına şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış sərgiyə və fotostendlərə baxışla başlamışdır. Tədbirdə Tofiqə Məmmədova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, vətənpərvəlik böyük məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq budur vətənpərvərlik. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətənə, torpağa sevginin, vətənpərvərlik tərbiyəsinin parta arxasında formalaşaraq möhkəmləndiyindən danışmış, nəticədə xalqımızı qalibliyə aparan, qələbələrə və uğurlara çatdıran əsas amillərdən biri olduğunu xüsusi vurğulamış, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığının bu mənada əsl məktəb olduğunu önə çəkmişdir.
Mövzu ətrafında YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Əməkdar müəllim, rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin leytenantı Əziz Məmmədov, "Qarabağ" ordenli Vətən müharibəsi qazisi Dursun Manaflı, şəhid anaları Xuraman Naibova, Radə Qurbanova, İsmət Abışova çıxış etmişlər.
Tədbir boyunca vətənpərvərliyə həsr edilmiş video çarx və məktəblilərin rəqs, musiqi nömrələri, kompozisiyaları bir-birini əvəz etmişdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə