BolgeXeber.Com » Ölkə » Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir

Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir

17-05-2022, 11:26
Oxunub: 6 568
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir. Bolgexeber.com xəbər verir ki,görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, rayonumuzda gedən tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar görüşdə sakinlərin müraciəti, təklif və rəyləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.









Sonda kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən görüşlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə  etmişlər.