BolgeXeber.Com » Ölkə » Qarabağ müharibəsi veteranının torpağı Bələdiyyə sədri tərəfindən əlindən alındı, İcra hakimiyyəti isə susur- FOTO

Qarabağ müharibəsi veteranının torpağı Bələdiyyə sədri tərəfindən əlindən alındı, İcra hakimiyyəti isə susur- FOTO

14-05-2022, 09:47
Oxunub: 2 640 Oxuinfo.az-ın Redaksiyasına olduqca ilginc bir şikayət daxil olub desək yanılmarıq. Dəyərli oxucular Dövlət başçısı İlham Əliyev cənablarının çoxsaylı töfsiyələrinə baxmayaraq bəzi bölğələrdə məmur özbaşnalığı davam etməkdədir. Təbii ki, bu da ictimaət arasında Cənab Prezident haqqında yolunu azmış məmurların ucbatından mənfi fikir formalaşdırır. Zaman-zaman Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsi üçün əlindən gələni əsirgəməyən dövlət başçısının imicinə öz şəxsi maraqlarını güdərək zərbə vurmağa çalışan vəzifəsindən sui-stifadə edən məmurların, bu addımlarının bir adı var dövlərt başçısının yürütdüyü islahatlara kölgə salmaq. Biz buna başqa ad tapmadıq amma yenə yorumu dəyərli oxucularımızın və aidiyyatı qrumların öhdəsinə buraxırıq. Dəyərli oxucu söz açacağımız növbəti məmur özbaşnalığının qurbanı Şabran rayonunun Çinarlar kənd sakini birinci Qarabağ müharibəsi iştirakçısı Xıdırov Xıdır Yusif oğludur. Əməkdaşımızla söhbət zamanı Xıdır müəllim ona Dəvəçi rayon Aqrar islahat komisiyasının 18 May 2006-cı il tarixli 02 nömrəli qərarı ilə 19684 kv.m kənd təsərüfatı məhsulları istehsal təyinatı ilə ona Topaq sahəsi ayrıldığını bildirmişdir. Xıdır müəllim bildiridi ki, ayrılan torpaq sahəsində əkin-biçinlə məşqul olmuş və öz ailəsini bu yolla dolandırmışdır. Amma Xıdır müəllim hardan bilsin ki, bir zamanlar ona ayrılmış topaq sahəsinə yağı düşmən tək göz dikiləcək. Belə ki, Çinarlar kənd bələdiyyəsi Məhəmməd Ağalar Oğlu Ağarzayev onun səndli sübutlu yerini Xıdır müəllimin dili ilə desək müəyən pül müqabilində digər vətəndaşlara satıb. Necə deyərlər kənd bələdiyyə sədri olsan özüdə bu fərasətdə? Dəfələrlə aidiyatı qrumlara müraciət etsəm də bir nəticə əldə edə bilmədim. Demək olar ki, icra hakimiyyətinə hər gün gedib bu özbaşnalığa son qoyulmasının bildirsəmdə nədənsə icra başçısı da bu məsələnin həllində görünür maraqlı olmadı. Dövlət başçısına ünvanladığım məktubdan sonra az, çox az narahat olan Şabran icra başçısı sən yaxşısı budur məhkəməyə müraciət et deməklə kifayətləndi. Çox maraqldır yetərincə qanun pozuntusu olamasına baxmayaraq Çinarlar kənd bələdiyyəsinə gözün üstə qaşın var deyən olmadı. Elə bu amil də mənə məxsus olan topaq sahəsinin qanunsuz olaraq digər vətəndaşa satılmasında rayon icra hakimiyyətinin rəhbərliyinin əli olmasını istisina etmir. Bəs Prezidentin icra başçılarına gedin düz işləyin sakinləri dinləyin, onların problemlərini həll edin kimi tapşırıqları hara getdi? Burdan biz də öz nöbəmizdə Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynova səslənirik. Hörmətli Asif müəllim! Ümüd edək ki, cənab Prezidentin töfsiyyə və tapşırıqları tərəfinizdən qulaq ardına vurulmayacaq rəhbəri olduğunuz rayonun Çinarlar kənd sakininin haqlı şikayəti haqqında ölçü götrülməsinə göstəriş verəcəksiniz və vəzifəsindən sui-istifadə edən Çinarlı kənd bələdiyyəsi Məhəmməd Ağalar Oğlu Ağarzayev haqqında qanuna müafiq tədbir görülməsinə göstəriş verəcəksiniz. 

Məsələ ilə bağlı adı çəkilən qrumların da mövqeyini dərc etməyə hazırq.

Mövzunu diqqətdə saxlayacağıq.