BolgeXeber.Com » Ölkə » Xankəndidə silah-sursat tapıldı

Xankəndidə silah-sursat tapıldı

25-04-2024, 11:06
Oxunub: 416
Xankəndidə silah və sursatlar aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.