BolgeXeber.Com » Ölkə » Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq?

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq?

4-05-2024, 12:10
Oxunub: 808
Bölgələrdə sərnişinlər hələ də kiçiktutumlu, köhnə mikroavtobuslarla daşınır.

Bolgə.TV Xəzər TV-yə istinadəən xəbər verir ki, söhbət illərdir müzakirə olunan bölgə avtobuslarından gedir.
Gəncə sakinləri deyir ki, bu vəziyyət illərdir ki, belə davam edir.
230 minə yaxın əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. 100-dən çox avtobus gün ərzində əhaliyə xidmət göstərir.
Amma bu avtobusların da demək olar ki, hamısı köhnədir.
Sakinlərin sözlərinə görə, buradakı avtobuslar 20, hətta 30 il bundan əvvəlin nəqliyyat vasitələridir.