Bu heyvanı ovlayanlar 30 milyon cərimələnəcəklər
4-09-2024, 17:10
Oxunub: 792
Türkiyə Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi ovlanan heyvanlara görə ödəniləcək cərimələrin miqdarını açıqlayıb.
Bolgə.TV xəbər verir ki, ovlanmağı qadağan olunan heyvanlardan biri Anadolu bəbiridir. Onu ovlayanlar 30 milyon lirə (1 milyon 500 min AZN) cərimələnəcəklər.
O cümlədən 2 ildən 5 ilə qədər də həbs olunacaqlar. Bu heyvanın nəsli tamamilə kəsilməkdədir.
Anadolu bəbiri sonuncu dəfə Qərbi Aralıq dənizində görünüb.
Bundan başqa, Anadolu qoyunlarını ovlayanlar 6 milyon TL (500 min AZN), zolaqlı kaftarı ovlayanlar isə 2,5 milyon TL (125 min AZN) cərimələnəcəklər.