Nazir xanımı ilə “Nizami” Kino Mərkəzində (FOTO)
24-02-2016, 12:32
Oxunub: 1 914
"Nizami” Kino Mərkəzində "Robinzon və 9 Cümə” filminin təqdimatı olub
Filmi Azərbaycan kinematoqrafçılarının köməyi ilə Gürcüstanın "K Production” kinoşirkəti istehsal edib.
BAKU.WS-in məlumatına görə, filmin nümayişindən əvvəl yaradıcı qrupun iştirakı ilə mətbuat konfransı keçirilib.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor və ssenarist Ayaz Salayev qonaqları təqdim edərək bildirib ki, layihə BGSS Britaniya-Gürcüstan Ticarət Palatasının, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Macəra dolu komediyanın çəkilişləri Bakı, Tbilisi, Minsk və digər şəhərlərdə aparılıb.
Filmin rejissor Georgi Kikalişvili bildirilib ki, filmdə Gürcüstan tərəfindən tanınmış aktyorlar Vaxtanq Kikabidze, İrakli Pirtsxalava, Keti Topuriya, Arçil Meparidze, Nani Breqvadze, Kaxi Kavsadze, habelə tanınmış Azərbaycanın aktyorları Polad Bülbüloğlu, Bəhram Bağırzadə, habelə Manana Çaparidze və başqaları çəkiliblər.
Komediya janrında çəkilən "Robinzon və 9 Cümə” filmi ingilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo” romanının yeni ekran təcəssümüdür.
Süjetə görə, Robinzon həm Tbilisi, həm də Bakı üçün ənənəvi olan adi italyan həyətində yaşayır. Qonşularının deyib-gülən olmasına baxmayaraq, onun həyatı darıxdırıcı və yeknəsəkdir. Günlərin bir günü qəribə yuxu görənə qədər. Robinzon yatıb yuxusunda görür ki, mələk (Kaxi Kavsadze) ona xoşbəxtliyin açarını təqdim edir. İş elə gətirir ki, o, tezliklə kimsəsiz adaya düşür. Əsas macəraları da elə bu adada başlayır.
"Robinzon və 9 Cümə” filminin ssenari müəllifi Nikoloz Ramişvilidir. Gürcüstan-Azərbaycan dostluğu, mehriban qonşuluq və məhəbbət filminin əsas qayesini təşkil edir.
Georgi Kikalişvili Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə və onun müavini Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib.
Qonaqlar jurnalistlərin suallarına cavab veriblər.





Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər