Yazıçılar Birliyi: “Meyxanaçı Namiq Mənaya hər hansı vəzifə verməmişik”
26-09-2017, 13:40
Oxunub: 5 419
Tanınmış meyxana ustası Namiq Mənanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı məlumat yayılıb
Bəzi xəbər saytlarında tirajlanan xəbərdə bildirilir ki, bölmənin sədri vəzifəsinə seçki keçirilib və yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə Namiq Məna təsdiq olunub.
İctimaiyyət meyxanaçının Yazıçılar Birliyinin bölmə sədri təyin olunmasını xoş qarşılamayıb.
Məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə əlaqə yaradıb. O bildirib ki, bu barədə yayılmış məlumatlar yanlışdır:
“Təbii ki, meyxanaçının AYB-yə üzv olma ehtimalı mümkündür. Meyxanaçı da şeir yazır. Amma AYB-nin katibliyinin Namiq Mənanın Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı hər hansı qərarı olmayıb. Əgər AYB-nin katibliyinin bu barədə qərarı yoxdursa, deməli, yayılan xəbər də səhv məlumatdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər