BolgeXeber.Com » Mədəniyyət » ALLAHA PƏNAH (Ərəb rəvayətləri əsasında)

ALLAHA PƏNAH (Ərəb rəvayətləri əsasında)

28-09-2017, 09:26
Oxunub: 5 348 ALLAHA PƏNAH (Ərəb rəvayətləri əsasında)Bu qorxunc gecədə qəbirdə dəfn olunmuş aqil gözlərinin açdı, sanki yuxudan oyandı… və o an hər şeyi, dəfn olunduğunu anladı..

Bu hadisə çoxdan baş verib… Biri var idi, biri yox idi, yer üzündə aqil insan – alim var idi. O Yer və Göy haqqında çox elmləri bilirdi. Yaşadığı illər ərzində bir neçə dərsliklər, elmi əsərlər yazıb-yaratmışdı. Amma bütün yaratdıqlarında Allahın varlığını inkar edirdi. O, heç cür anlamaq istəmirdi ki, elə onun ağlını, dərrakəsini, qabiliyyətini Allah özü verib ona…

Günlərin bir günü alim yatıb belə bir yuxu gördü. Gördü ki, o dərin yuxuya gedib, doğmaları isə onu ölmüş bilib dəfn ediblər. Dəhşət içərisində yuxudan diksinib ayılan aqil insan, oğullarını yanına çağırıb dedi: “Mənim əziz övladlarım! Gün gələcək mən bu dünyanı tərk edəcəyəm…”

Yox,yox, ata can! Sən bizim üçün çox əzizsən və biz bu barədə heç düşünmək belə istəmirik,- böyük oğul söylədi.

Və bütün övladları birgə dilləndi: “Allah sənin ömrünü uzun eləsin, ata!”

Amma alim yalnız inamsız gülümsündü. O, Allahın varlığına inanmasa da, başa düşürdü ki, ölüm qaçılmazdır və bir gün hər bir insan bu dünyanı tərk etməlidir…

O, əlininin işarəsiylə həyəcanlanan oğullarını sakitləşdirib dedi: “Mənə bir şeyi vəd edin… Mən öləndə məni dəfn etməyə tələsməyin. Bir neçə gün gözləyin, sonra məni dəfn edin”.

Dərhal oğulları atalarının bu əcaib arzusunun mənasını tam anlamasalar da, söz verdilər ki, ataları necə istəyir , elə də olacaq.

Mən başa düşmürəm, Əhməd, atamız nə üçün bizi məcbur edir ki, onu biz axirət dünyasına canını tapşıran vaxt dəfn etməyək? – deyə qardaşlardan biri, böyük qardaşdan soruşdu.

Kim bilir? Bizim atamız çox müdrik adamdır. Yəqin ki, bura da bir hikmət var. Yaşayarıq, görərik…

Bir xeyli vaxt keçdi. Hər şey əslində öz qaydasında gedirdi, heç kəs bədbəxt bir hadisə gözləmirdi. Hamı öz işiylə məğul idi, həyat öz axarı ilə davam edirdi.

Amma, bir gün… sübh namazından xeyli keçmişdi, hamı oyanmışdı. Təkcə, ata gözə dəymirdi. O, hələ öz otağını tərk etməmişdi. “Qoy dincəlsin! Axı o, çox zaman gecələr də çalışır” – deyə övladları düşündü və heç kəs atanı narahat etmək istəmədi. Hərə öz işinin arxasınca getdi. Nahar vaxtı yetişdi. Övladları atalarına görə narahat olmağa başladılar: “Atamız hələ də öz otağından çıxmayıb, bəlkə nəsə baş verib?”

Qorxu və həyəcan onların qəlbini doldurdu. Amma kimsə irəli düşüb, həqiqəti öyrənməliydi.

Mən özüm gedib atamı oyadacağam! – Əhməd dedi. – Qoy o da bizə qoşulub nahar etsin.

Yarıqaranlıq otaqda, enli yataqda yorğan-döşəyin arasında aqilin solğun bənizi görünürdü. Onun üzü tavana “baxırdı”, yorğun gözləri isə şişgin göz qapaqları arasından yarımaçıq vəziyyəndə baxırdı. Qapının cırıltısı onu oyatmadı, halbuki hamı bilirdi ki, o çox ayıq yatır. Oğul atanın yatağına yaxınlaşdı, onun əlinə toxundu. Əli soyuq idi. Oğul hər şeyi başa düşdü… Amma əziz adamın olümünə inanmaq istəmirdi: ”Ata, ata, ayıl! Hamı sizi gözləyir. Durun, gedək, yemək soyuyur.” Amma təkcə süqut onun sözlərinə cavab idi. Oğulu vahimə bürüdü. Ölüm həmişə gözlənilmədən gəlir. O çağırılmamış qonaq kimidir, həmişə dəvətsiz gəlir…

Sakitcə addımlarla Əhməd qapıya yaxınlaşdı. Yalnız qapıdan çıxandan sonra rahat nəfəs aldı. Bir neçə cüt göz, ona baxırdı. Hamı narahatlıqla böyük qardaşın nə deyəcəyini gözləyirdi. Süfrə arxasında oturanlar da ürəklərində nəsə pis bir hadisə olduğunu başa düşmüşdülər.

Bizim atamız…. o deyəsən, vəfat edib.

Bütün oturanlar ayağa qalxdılar, ağlamağa başladaılr, əyindəki pal-paltarı cırıb -didməyə başladılar. Amma, atalarının son vəsiyyətinin xatırlayıb, uşaqları dəfn mərasimi üçün tələsmədilər. Beləliklə iki gün keçdi, nəhayət üçüncü gün oğulları atalarını dəfn etmək qərarına gəldilər. Amma, ən təəccüblüsü o idi ki, aqilin 3 gün əvvəl ölməsinə baxmayaraq, meyitdən heç bir qoxu, iy gəlmirdi. Aqil sanki satitcə uzanmışdı və kənardan baxanda ölüdən çox, yatmış insana bənzəyirdi.

Aqilin dəfnetmə mərasiminin əsas şərtlərini yerinə yetirdikdən sonra onu torpağa tapşırdılar. Ölünü qəbrə qoyub, üstünə torpaq tökəndə, boyük oğul öz kəndçilərinə dedi:

Bu qədim xəncəri atam çox sevirdi. Bilirəm ki, heç kim qəbrə özü ilə heç nə aparmır. Amma biz qərara gəlmişik ki, bizim atamız hər şeyin yaxşısına layiq idi, ona görə də, qoy onun sevimli əşyası da onunla birgə getsin.

Bu sözləri söyləyəndən sonra o, meyitin üzərinə çox dəyərli bir xəncər qoydu. Xəncərin üstü tam qiymətli daş-qaşla bəzədilmişdir.

Onu da qeyd etmək lazımdır ki, bu xəncər həqiqətən də çox qiymətli idi. Xəncər həqiqi poladdan hazırlanmışdı. Xəncərin əl tutan yeri və bıçağı əsl sənət əsəri idi. Sanki yüzlərlə dəmir sapların üstü qiymətli daş-qaş və qızılla bəzədilmişdi. Bu xəncərin əsl dəyərini isə əsl sənət adamları, zərgərlər və bir də… oğru-quldurlar yaxşı bilirdilər.

Əhməd xəncəri qəbrə qoyarkən, camaatın arasında bir cüt iti göz hər şeyi çox diqqətlə izləyirdi. Bu iti gözlərsə, bir oğruya məxsus idi, hansı ki, gözünə xoş görünən nə vardısa, mənimsəyirdi. Bu dəfə isə, o düşünürdü ki, bu xəncərə nə qədər pul verərdilər?

Və oğru qərara gəldi ki, elə bu gecə aqilin qəbrinə ziyarətə gəlməlidir. Əlbəttə ki, gəlişinin məqsədi də öləni ağlamaq deyil, soymaq idi.

Qəmgin övladlar və yaxın qohumlar qəbirstanlıqdan qayıdırdılar. Onlar kəndlilərlə birlikdə atalarını yad edirdilər. Beləcə gün də keçdi…

Gecə düşdü; aysız qaranlıq bir gecə. Yaman külək əsirdi. Oğulların və qızlarının ürəyində də soyuq yellər əsirdi. Ataları onlara yaxşı miras qoymuşdu;hamısının firavan yaşamağına yetərdi. Amma itkinin acısı onları heç nə düşünməyə qoymurdu; hələ ürək yaraları çox təzə idi.

Bu qaranlıq gecədə oğru öz pis əməlini həyata keçirmək istəyirdi. Qəbri açmaq əslində ölənə qarşı böyük hörmətsizlik idi, amma hər şey o qiymətli xəncərdən ötrü idi. Bu fikir bütün günü oğruya rahatlıq verməmişdi. O, gizlincə qəbirstanlığa gəldi, yeni qəbri axtarıb tapdı və öz çirkin əməlini həyata keçirməyə hazırlaşdı.

Bu qorxunc gecədə qəbirdə dəfn olunmuş aqil gözlərinin açdı, sanki yuxudan oyandı… və o an hər şeyi, dəfn olunduğunu anladı.. O fikrində taleyindən narazılığını da bildirmədi, hər şeyin faydasız olduğunu anlamışdı; bilirdi ki, qəbirdən nə ölü çıxa bilər nə də ki, diri. Və onda aqil dua etməyə başladı. Ömründə ilk dəfə Allaha müraciət elədi:

Ay Yeri, Göyü yaradan Allah! Mən həmişə səni inkar etmişəm. Sənin Varlığına inanmamışam, şübhə etmişəm. Sən öz varlığını göstər, məni ölümdən xilas elə! Mən də bundan sonrakı ömrümü yalnız sənə ibadət və xeyirxah işlərə sərf edərəm! Mənim bu qaranlıq torpaqdan sağ-salamat çıxmağıma kömək elə, ölən əzizlərimin ruhuna and içirəm ki, Sənsizliyindən bəhs edən bütün kitablarıma özüm od vurub yandıracağam!

O öz dualarını və vədlərini bitirən kimi, bir səs eşitdi. Anladı ki, onun basdırıldığı torpağı kimsə qazır. O sevinərək, özü də gözəgörünməz xilaskarına kömək etməyə başladı. Heç ağlına da gətirməzdi ki, torpağı qazan oğrudu və onu soymağa gəlib.

Qazılan oyuq bir az böyüyəndə, oğru əlini qəbrə uzatdı və xəncəri götürmək istəyəndə, əlini sıxan bir əllə qarşılaşdı. “Çox sağ ol, xeyirxaq insan! Qoy Allah səni mükafatlandısın! Sən məni xilas elədin…”

“Ölü”nün sözlərini eşidən oğru elə o dəqiqə canını tapşırdı, qorxudan ürəyi partlayıb qəbrə yıxıldı. Aqil insansa, sağ-salamat qəbirdən ayağa qalxdı, üst-başını çırpdı, kəfəni yırtıb, oğrunun paltarlarını geyinib, başına da örpəy atıb bu qorxunc yeri tərk etdi..

Öz evinin darvazasını döyüb, gecəni qalmağa sığınacaq istədi. Amma, həqiqətdə kim olduğunu, təbii ki, gizlətdi. O yerlərin adətinə görə, dirilən ölünü mütləq yenidən öldürüb dəfn etmək lazım idi. Heç nədən şübhələnməyən oğulları “ata”larını rahatlayıb yedirtdilər. O söhbət edərkən anladı ki, onlar çox qəmgindirlər. Qardaşlar ona atalarının vaxtsız ölümü haqda və onların verdiyi vəd haqqında danışdılar. O isə soruşdu:

-Bəs siz, atanız həqiqətən ölməsəydi, nə edərdiniz?

Əgər atamız bizim yanımıza dönə bilsəydi, biz dünyanın ən xoşbəxt adamları olardıq.,- Əhməd cavab verdi.

Elə isə, oğul, mən qayıtdın! – örpəyi üzündən ataraq, ata dilləndi.

Bu aqil insan yer üzündə hələ çox ömür sürdü. Amma o, Allaha vəd etdiyi kimi, Tək Allaha inanıb səcdə etməyə başladı. Allahsızlıqdan bəhs edən bütün kitablarını məhv elədi. Hər dəfə də namaz qılanda Allaha şükür edib onu qurtarmasına min dəfələrlə şükürlər etdi. Allahın varlığını inkar etdiyi üçün özünü danlayıb, nəhayət doğru yola qayıtdı…

Gülqız Süleymanova