“Şöhrət” ordenli fotoqraf dünyasını dəyişdi
29-06-2018, 11:28
Oxunub: 4 902
Tanınmış fotomüxbir və peşəkar fotoqraf, əməkdar jurnalist və əməkdar incəsənət xadimi, “Qızıl qələm” mükafatı laureatı Yaşar Xəlilov 84 yaşında vəfat edib.
Yaşar Xəlilovun yaradıcılığının və əmək fəaliyyətinin 46 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi – "Azərtac"la bağlı olub.
1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində başlayıb. Sonradan müsabiqə yolu ilə “Bakı” qəzetində işə qəbul edilib. 1959-2005-ci illərdə AZƏRTAC-da çalışıb. O vaxt təkcə Azərbaycanda deyil, SSRİ məkanında da tanınan Yaşar Xəlilov respublikamızda yeganə fotojurnalistdir ki, 5 Olimpiya Oyunlarını - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul Olimpiadalarını işıqlandırıb, fotoşəkilləri bir sıra mötəbər beynəlxalq mükafatlara layiq görülüb.
Yaşar Xəlilov Moskvada “Fotoreportaj və jurnalistika” kurslarını bitirib.
O, “Şöhrət” ordeni ilə təltif edilmiş, bir sıra fəxri adlara layiq görülmüşdü.
Allah rəhmət eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər