3 günə 23 milyon itirdik - "Kitayski" əmanətin axırı belə də olmalıdır
13-08-2015, 11:54
Oxunub: 6 550
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin Mərkəzi Bankının (ÇMB) yuanın növbəti devalvasiyası qərarı nəticəsində daha 5,5 mln. ABŞ dolları itirib
Bolgexeber.com "Report"-a istinadən xəbər verir ki, ÇMB bu gün milli valyutanı daha 1,1 % devalvasiya edib. Bununla da ARDNF Çin istiqrazlarına 3 mlrd. yuan (500 mln. dollar) həcmində yatırdığı investisiya son üç gündə 23 mln. dollar dəyərdən düşüb.
Qeyd edək ki, ÇMB devalvasiya prosesi çərçivəsində son üç gündə yuanı 4,6% ucuzlaşdırıb. Bank bugünkü açıqlamasında "yuan valyuta bazarlarında özü üçün münasib məzənnə axtarışındadır" deyə bəyan edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın hər an yeni devalvasiyaya məruz qala biləcəyinə işarə edir.
Məlumat üçün bildirək ki, yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər