Türk şirkətləri Cahangir Əsgərova “yox” dedi
26-10-2015, 12:28
Oxunub: 7 977
Türkiyənin aşağı büdcəli aviasiya reysləri (“lou-kost”) təşkili ilə məşğul olan aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək təklifini nəzərdən keçirməkdən imtina ediblər
Bunu “Trend”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) şirkətinin vitse-prezidenti Arif Məmmədov deyib.
A.Məmmədovun sözlərinə görə, AZAL Türkiyənin “Pegasus” şirkətinə Qəbələ və Lənkərana “lou-kost” uçuşları həyata keçirməyə başlamağı təklif etmişdi.
“Türkiyə şirkəti bu təklifimizi nəzərdən keçirməyə başlamışdı. Lakin “Pegasus” şirkəti bu məsələ üzrə danışıqları dayandırdı. Səbəb odur ki, “Türk Hava Yolları” Naxçıvan və Gəncəyə aviareyslər təşkil edir. Görünür, “Pegasus” şirkəti bu uçuşların onlarda alınmayacağını anladı.
Daha bir türk loukosteri - “Atlas Jet” şirkəti də Azərbaycana uçuşlar təşkil etmək imkanlarını öyrənirdi. Lakin bu şirkət də bizimlə danışıqları dayandırıb. Bizsə öz növbəmizdə Azərbaycana aviareyslər təşkil etmək istəyən hər bir şirkətə doğru addım atmağa hazırıq” - deyə A.Məmmədov bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər