BolgeXeber.Com » İqtisadiyyat » “Rus pulu, dollar” qışqıranlar qayıtdılar-Azərbaycan “qara bazar” dövrünə qayıdır -1 dollar 2 manata
“Rus pulu, dollar” qışqıranlar qayıtdılar-Azərbaycan “qara bazar” dövrünə qayıdır -1 dollar 2 manata
28-12-2015, 11:18
Oxunub: 7 551
Paytaxtda valyutadəyişmə məntəqələri bağlıdır
Bolgexeber.com-un ans press-ə istinadən məlumatına görə, 28 may metrostansiyası yaxınlığında sakinlərdən dollar almağı təklif edən satıcılar bildirirlər ki məntəqələrin bu gün bağlı olması bazar ertəsi dolların məzənnəsinin 2 manata çatacağı ilə bağlıdır. Şənbə-bazar dollar satmaqla məntəqələr özlərinə ziyan etmək istəmirlər.
Özünü təqdim etmək istəməyən şəxs 1 ABŞ dollarını 1.75 AZN-ə almağı təklif edib. Dolların alınmadığını görəndə isə o gülümsəyərək, hazırda heç kimin dollar satmadığını, yalnız aldığını bildirib. Daha bir satıcı isə bir ABŞ dollarını 2 manata təklif edib. Yəni, real müştəri varsa razılıq əldə oluna bilər...
Bütün bunlar ölkədə ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən “qara bazar”ın yaranmasından xəbər verir. Bu ssenari bir çoxlarına tanışdır. Hazırda 28 may metrostansiyası yaxınlığında “qara bazar” nümayəndələri öz kiçik şəbəkələrini də qurublar və taksi şoferləri də bu işdə onlara yardımçıdır.
Xatırladaq ki, daha öncə Azərbaycan Banklar Assosiasiyası yaranan vəziyyətə aydınlıq gətirərək 1 dolların 2 manat olacağı ilə bağlı xəbərləri şayiə adlandırıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər