“Kempinski” Bakıdan getdi
30-07-2016, 11:50
Oxunub: 5 698
“Kempinski Hotel Badamdar” hotelinin adı dəyişdirilib
Bolgexeber.com haqqın.az-a istinadən xəbər verir ki, hoteldən verilən məlumata görə, “Kempinski” şirkəti və “Kempinski Hotel Badamdar”ın sahibkar şirkəti 31 iyul 2016-cı il tarixindən idarəçilik müqaviləsini bitirmək üzrə ikitərəfli razılıq veriblər:
“Hotel fəaliyyətini “Badamdar Hotel Baku” adı ilə tam şəkildə davam edəcək”, - hoteldən bildirilib.
Xatırladaq ki, “Kempinski Hotel Badamdar”ın açılışı 2011-ci ilin sentyabrın 1-də baş tutmuşdu. O Bakıda “Kempinski” beynəlxalq hotellər şəbəkəsinin ilk “Resort” hoteli idi.
“Badamdar Hotel Baku” şəhər daxilində yerləşir və işgüzar və istirahət məqsədli turistlər və ailələr üçün yüksək səviyyəli imkanlar təklif edir.
Hotelin imkanlarına ustalıqla hazırlanmış 280 otaq və lüks otaqlar, 38 tam təchiz olunmuş və xidmət göstərilən mənzil, 36 tam təchiz olunmuş ofis, 19 görüş otağı, qəbələ ziyafət və auditoriya zalları, iki restoran və iki bar, eləcə də 3500 kvadratmetr sahəsi ola böyük SPA və fitness mərkəzi, qapalı və açıq hovuz, tennis kortu, basketbol meydançası, əyləncə mərkəzi və akvapark daxildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər