BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda dərmanlar 34 faiz bahalaşdı - rəsmi

Azərbaycanda dərmanlar 34 faiz bahalaşdı - rəsmi

16-08-2016, 09:22
Oxunub: 3 416 Azərbaycanda dərmanlar 34 faiz bahalaşdı - rəsmi"Rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalaşmanın lideri dərman vasitləridir

Rəsmilərin apardığı təbliğat budur ki, dərman prepaparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ola bilər ayrı-ayrı dərmanlarda ucuzlaşma var".

Bunu tanınmış iqtisadçı ekspert Rövşən Ağayev feysbuk səhifəsində yazıb.

İqtisadçı yazır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti 34%, tibbi təyinatlı digər məhsullar 24% bahalaşıb.

R.Ağayev onu da vurğulayır ki, ölkədə tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcələrində kifayət qədər yüksəkdir.