BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

2-08-2018, 10:43
Oxunub: 2 606 Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,27 dollar və yaxud 4,32% azalıb.

Bolgexeber.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 72,48 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.