“Android” sisteminin idarəetməsi ilə işləyən ən təhlükəli smartfonlar bəlli olub
14-08-2018, 14:57
Oxunub: 3 496
"LG", "Asus", "Essential", "ZTE", "Sony" və başqa şirkətlər tərəfindən istehsal edilmiş və "Android" sisteminin idarəetməsi altında işləyən onlarla populyar smartfona quraşdırılmış daxili proqram təminatı və mobil tətbiqlərdə öncədən kritik boşluqlar olduğu aşkar edilib
"Kryptowire"nin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmasına görə, yalnız ucuz qurğular deyil, həm də "LG G6", "Nokia 6", "ASUS ZenFone 3 Max" və "Sony Xperia L1" kimi aparatlarda boşluqlar qeydə alınıb.
AZƏRTAC "hitech.vesti.ru" saytına istinadla xəbər verir ki, istehsalçıların səhvi ucbatından "Android" sistemi ilə işləyən smartfonlar müxtəlif hücumlara məruz qala bilər: ekran görüntüsünün əldə edilməsi, klavişlərə sıxılmanın, aparatda "root" girişin ələ keçirilməsi. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin maliyyə yardımı ilə hazırlanmış hesabat Las-Veqasda keçirilmiş "Black Hat" adlı konfransda müzakirə edilib.
Boşluqların mövcudluğu "Android" sisteminin açıq olması ilə izah edilir, nəticədə üçüncü şəxslər kodu, sistemin davranışını dəyişdirə və hətta əməliyyat sisteminin ayrı-ayrı versiyalarını hazırlaya bilərlər. Bunun nəticəsində smartfonlara əvvəlcədən quraşdırılan daxili proqram təminatı və mobil tətbiqlərdə kritik səhvlər buraxıla bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər