BolgeXeber.Com » İqtisadiyyat » LNS şirkəti öz 7 illiyini qeyd etdi-VİDEO

LNS şirkəti öz 7 illiyini qeyd etdi-VİDEO

3-12-2018, 10:49
Oxunub: 3 464 LNS şirkəti öz 7 illiyini qeyd etdi-VİDEO25 noyabr 2018-ci ildə LNS şirkəti öz 7 illiyini qeyd etdi

LNS şirkəti Azərbaycanda ilk dəfə olaraq ilk möhtəşəm konfransını təşkil etdi.Şirkətin 7 yaşını qeyd etmək üçün dünyanın 10 ölkəsindən qonaq təşrif buyurmuşdur.Baxmayaraq ki, LNS şirkəti 7 ildir fəaliyyət göstərir ,amma böyük uğurlara imza atıb.Şirkətin əsas məqsədi Azərbaycanı bütün dünyaya tanıtmaqdır.Hər yay mövsümündə minlərlə turist məhz bu şirkət vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində dincəlirlər.Dünyanın bir çox ölkəsindən tədbirə təşrif buyuran qonaqlar LNS şirkəti haqda müsbət fikirlərini bildirib məmnun qaldıqlarını söylədilər.Çoxsaylı media nümayəndələrinin də iştirak etdiyi seminarın əsas qayəsi insanların gələcəyini müsbət yöndə dəyişməkdir.Tədbirin sonunda LNS şirkəti Azərbaycan üzrə, gənc olmasına baxmayaraq Hüseyn Nuriyevi VİP meneceri seçdi. ”Bu gün LNS-in ən böyük uğuru Azərbaycanı dünyaya tanıtmasıdır.İnşallah bir neçə ildən sonra biz 10 ölkə yox,100-lərlə ölkə çağıracağıq. LNS yeganə şirkətdir ki,Azərbaycandan dünyaya yayılıb.8 yaşımızı inşaallah bundan da möhtəşəm zallarda keçirəcəyik,ölkəmizə 100-200 ölkə çağıracayıq”,- Hüseyn Nuriyev açıqlamasında bildirdi.
Bolgexeber.com