Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək
6-12-2018, 13:18
Oxunub: 4 172
Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək.
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək.
AHA rəsmisi əlavə edib ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək.
G.Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək: "Bununla bağlı internet saytda məlumatlar yerləşdirəcəyik. Hotelçilər sayta daxil olaraq, təsnifatlaşdırma zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub prosesə daha yaxşı hazırlaşa biləcəklər. Ona görə də, məncə, hotellər üçün bu proses çətin olmayacaq".
Assosiasiyanın Baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları dəyişməlidirlər. O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin sentyabr-dekabr aylarından başlanılacağını da söyləyib: "Biz milli ulduz sistemini yaradırıq. Biz bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük".
G.Sağlam əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən təkrar keçmək üçün vaxt veriləcək: "Bizim əsas işimiz hotelləri qorxutmaq deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət edəcək".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər