Geniş seçim imkanlarının olduğu 15 yanvar hərracı: 110 dövlət əmlakı özəlləşməyə çıxarıldı
10-12-2018, 15:26
Oxunub: 2 751
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda özəlləşdirilən dövlət əmlaklarının fəaliyyəti ölkədə mövcud biznes mühitinə müsbət təsir göstərir
Müxtəlif iqtisadi sahələrə aid olan, qiymət və ərazi üzrə geniş seçim imkanları vəd edən dövlət obyektləri sahibkarlıq prosesini stimullaşdırır, investorların bu sahəyə olan marağını artırır.Özəlləşdirilən belə müəssisələrdə istehsal olunan məhsullar və göstərilən xidmətlər daxili tələbatı ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına dəstək olur.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq. Komitə tərəfindən təşkil olunan budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.marasındadır. Əlverişli biznes imkanlarına malikdövlət obyektlərinə Qaxdakı Əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonasını misal göstərə bilərik. İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kv.m-dir. Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçünBakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Qeyd edək ki, bu dövlət obyektinin ümumi faydalı sahəsi 190,5 kv.m-dir.
Bu dəfə hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrindən 5-i Sumqayıt şəhərində, qalanları isə paytaxtda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612 kv.m intervalındadır. Xidmət və ya ofis obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Badamdarqəsəbəsindədir. Ümumi faydalı sahəsi 14,4 kv.m olan dövlət əmlakı üçün investor 750 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.
Dövlətə məxsus səhmlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isəkəndkimya, nəqliyyat, inşaat, təmir və sair sahələrə aid müəssisələr var. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara“Bərdə Kərpic”, “Şamaxı Dəmir Beton”, “Xırdalan Nəqliyyat“, “Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Qeyd edək ki, özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri haqqında məlumatlanmaq və sifariş vermək istəyən vətəndaşlar (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri) göstərilən linkə daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorlarla bərabər, özəlləşdirmə prosesi ilə maraqlanan bütün şəxsləri hərraclarda həm canlı, həm dəonlayn formada iştiraka dəvət edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər