BolgeXeber.Com » İqtisadiyyat » AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub
AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub
27-12-2018, 15:57
Oxunub: 4 335
İstifadə qaydalarının rahatlığı, geniş funksionallığı AzNav naviqasiya sisteminə olan marağı artırıb
Hazırda AzNav 254 min mobil qurğuda real rejimdə işləməkdədir. Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir. İstifadəçilər “AzNav”ı “iOS” (Apple), “Windows CE” əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.
Qeyd edək ki, “AzNav” ilk milli naviqasiya sistemi “Milli Net 2018” Milli İnternet Mükafatında “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub.
Bu milli layihə ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.
Sistemin təkmilləşdirilməsi gələcəkdə də davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər