WhatsApp ən populyar oldu
22-01-2019, 11:08
Oxunub: 3 786
"WhatsApp" messenceri "Facebook" şirkətinə məxsus ən populyar mobil proqramdır. Bu barədə "App Annie" analitik şirkətinin məlumatında deyilir.
Ekspertlərin qiymətləndirməsinə görə, "iOS" və "Android" əməliyyat sistemləri üçün "WhatsApp" əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə "Facebook" mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. "App Annie" konkret göstəricilər qeyd etmir.
2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan "Facebook" şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan "Facebook", "WhatsApp", "Instagram" və ya "Messenger"dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada "Facebook" servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.
"Facebook" əlavəsi 2018-ci ilin yekunları üzrə qlobal miqyasda ən çox tələb edilən olub. Lakin bir sıra ölkələrdə, o cümlədən Hindistan, İndoneziya, Böyük Britaniya, Türkiyə, İsveçrə, İspaniya, Sinqapur, Rusiya, Niderland, Meksika, Malayziya, Honkonq, Almaniya, Finlandiya və Braziliyada birinciliyə "WhatsApp" sahib çıxıb. Maraqlıdır ki, ABŞ-da "Facebook" və "Messenger" proqramları birinci yeri tutub, "WhatsApp" isə hətta ilk onluğa daxil ola bilməyib.
"SensorTower" tədqiqat şirkəti də "WhatsApp"ın bütün "Facebook" əlavələri arasında liderliyini təsdiq edir.(milli.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər