BolgeXeber.Com » İqtisadiyyat » Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?-“Əmlakın qeydiyyatı kalkulyatoru” ilə öyrən
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?-“Əmlakın qeydiyyatı kalkulyatoru” ilə öyrən
23-01-2019, 15:00
Oxunub: 4 280
Daşınmaz əmlaklarını dövlət qeydiyyata almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var
Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir. Artıq 20 mindən çox ölkə vətəndaşı, fiziki və hüquqi şəxstərəfindən informativ elektron xidmətə müraciət olunmuşdur.
Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır. “Əmlakın qeydiyyatı kalkulyatoru”-nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlak haqqında tələb olunan xüsusiyyətləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun rəqəmi əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakın qabaqcadan qeydiyyatı, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür.
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 13-cü elektron xidmət olan “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakınqeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi xidmətlər barədə məlumatlandırmanın aparılması, prosedurlarınsadələşdirilməsi, operativ xidmətlərin göstərilməsi vətəndaşların bu prosesə marağını artırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər