Elman Rüstəmov vəd verdi: “Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”
31-01-2019, 16:10
Oxunub: 4 909
Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.
O, unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb: “Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub”.
E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşarsa belə dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: “Bütün bunlara görə, Mərkəzi Bank və Hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik höküm sürüb. 2019-cu ildə də belə olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər