Aviabilet qiymətləri niyə göylə gedir? (VİDEO)
7-03-2019, 17:23
Oxunub: 4 350
Biznes və ekonom klass biletlərin qiyməti arasında böyük fərq bu mənzərəni ortaya çıxarıb
Klassa görə qiymət fərqi bütün dünyada var. Amma eyni təyyarədə kəskin qiymət fərqli ilə bilet satışı yolverilməzdir.
ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
Müzəffər Ağakərimov - ATA-nın rəsmisi: "Ekonom klasa bileti gərək bir neçə ay öncə alasan, onu dəyişmək də olmur. Həm də baqaj problemi var. Bu kimi fərqlər var və bu fərqlər qiymətlərə təsir edir”.
Səbuhi İsazadə - PR üzrə mütəxəssis: "Təbii ki, qiymət araşdırmasına baxanda, görəcək ki, onun ölkəsindən 3-cü ölkəyə getmək burdan sərfəlidir. Çox yaxşı olar ki, islahatların fonunda dünya meyarlarına görə, qiymət müəyyən edilsin”.
Onlayn aviabilet satışı saytlarına nəzər yetirmək kifayətdir ki, qonşu ölkələrlə aviabilet qiymətində fərqləri görə bilək. Biletlər hətta 20-25 faiz daha ucuz qiymətə təklif olunur. Ekspertlər bunu rəqabət mühiti ilə əlaqələndirirlər.
Vüqar Bayramov - İqtisadçı-Ekspert: "Bazarda rəqabət mühitinin yaradılmasına ehtiyac var. Bir istiqamətə bir deyil bir neçə aviareys açılanda bu qiymətlərə də təsir edər. Şirkətlər arasında rəqamət güclənsə, qiymətlər də enər”.
Bilet qiymətlərinə turizm maraqlarının nəzərə alınması da təsir göstərməlidir. Dünya praktikasında hətta biletlərin dəyərin ucuz satılması halları da var. Buna adətən koorporativ müqavilələrlə satış zamanı və ya uçuşa az qalmış satılmayan biletlərin çox qaldığı hallarda gedilir.
Vüqar Bayramov - İqtisadçı-Ekspert: "ABŞ-da uçuşa az qalmış təklif olunur ki, 50 dollar artıq ver, ekonom klass yerine biznesdə uç. Bir çoxu üçün də bu münasibdir”.
"Azərbaycan Hava yolları”ndan isə bildirilir ki, qiymətlər dünya standartı ilə tənzimlənir. AZAL-ın VIP və Business xidmət sinifləri ən yüksək tarifə malikdir. Bu siniflərin xidmət paketinə təyyarədə ən rahat yerlərlə yanaşı, digər siniflərdə olmayan bir sıra əlavə xidmətlər də daxildir ki, bu da qiymətlərə təsir edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər