BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası Güzdək qəsəbəsində keçirilir

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası Güzdək qəsəbəsində keçirilir

11-03-2019, 10:52
Oxunub: 2 338 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası Güzdək qəsəbəsində keçirilirƏmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə bağlı sosial kampaniyaları davam etdirir

Səyyar xidmətlərdə əsas hədəf vətəndaşların rahat və əlçatan formada xidmətlərdən faydalanmasını təşkil etmək, eləcə də daşınmaz əmlakların leqallaşmasınıgenişləndirməkdir.
Xidmətləri birbaşa olaraq vətəndaşın yaşadığı kənd və qəsəbələrə aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 11-15 mart tarixlərində Güzdək qəsəbəsində keçiriləcək. Təşkil olunan kampaniyanın yaratdığı fürsətlərdən istifadə etmək istəyən qəsəbə sakinləri saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsindəki (Aşağı Güzdək İcra nümayəndəliyinin yanında) səyyar avtobusa yaxınlaşa bilər. Sakinlər yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım üçün də mobil ofislərə müraciət edə bilər.
Daşınmaz əmlakınsəyyar qeydiyyatı üzrə keçirilən bu kampaniya ilə vətəndaşlar məşğuliyyətdən uzaqlaşmadan, rahatlıqla xidmətlərdən istifadə edir. Xidmətlərin göstərildiyi avtobusun bütün lazımi avadanlıqlarla təmin olunması vaxta qənaətə və eyni anda bir neçə vətəndaşın xidmətdən istifadəsinə şərait yaradır. Tətbiq edilən müasir üsullar xidmətlərin daha operativ formada göstərilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına yönəlib.Qeyd edək ki, cari il ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı, Sumqayıt və Abşeron üzrə müxtəlif kənd və qəsəbələrdə keçirilib. İctimai əhəmiyyətli kampaniyada vətəndaşlara qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, onlar tərəfindən ünvanlanan suallar qanunvericiliyə uyğun olaraq cavablandırılıb, həlli üçün hüquqi məsləhətlər verilib.