Növbəti hərracda 62 dövlət əmlakı üzrə seçim imkanı olacaq
18-03-2019, 15:00
Oxunub: 3 572
Aprelin 16-da keçiriləcək özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 62 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Bolgexeber.com-a bildirilib ki, bu dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrindən 4-ü paytaxtda, digərləri isə Quba, Cəlilabad, Yevlax, Siyəzən kimi şəhər və rayonlarda yerləşir. 13-ü ticarət, digərləri ictimai xidmət obyektləri olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20,1 kvadratmetr ilə 1664,4 kvadratmetr arasındadır. Budəfəki hərracda ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindədir. Obyektin özəlləşdirilməsi investora müxtəlif xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanı verə bilər.
Həmçinin hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü isə Daşkəsən, Şirvan və Gəncədə yerləşir. Kiçik büdcə ilə biznesə başlamaq istəyənlər seçimini bu növ dövlət əmlakları üzrə edə bilərlər. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11,9 kvadratmetr ilə 127,4 kvadratmetr arasındadır. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki obyekt ticarət və digər xidmət sahələri üzrə istifadə üçün əlverişlidir. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 35,8 kvadratmetrdir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30-45 faizlik səhm paketləri özəlləşdirməyə çıxarılan dövlət əmlakları Bərdə, Salyan, Oğuzla yanaşı, digər şəhər və rayonlarda yerləşir.
Buraxılış tarixi 1998-2011 olan nəqliyyat vasitələri “Nissan”, “BMW”, “Hyundai” və digər markalara aiddir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min və 10 min manat arasındadır. Elektron prosedurlardan istifadə edərək hərraca qoşulmaq istəyənlər komitənin rəsmi informasiya resurslarına müraciət edə bilər. Hər kəs sayt (emdk.gov.az) və özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edib, onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər