“Atasığorta” ötən ili zərərlə başa vurub
19-03-2019, 11:26
Oxunub: 3 961
“Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 28,418 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,3% azdır.
2018-ci ildə “Atasığorta”nın cəmi öhdəlikləri 46,5% artaraq 19,311 mln. manata çatıb, cəmi kapitalı isə 44,9% azalaraq 9,107 mln. manata düşüb, o cümlədən nizamnamə kapitalı isə 17,7% artaraq 14,6 mln. manat olub.
Ötən il “Atasığorta”nın gəlirləri 17,997 mln. manat (əvvəlki ilə nisbətən 4,6% çox), xərcləri 25,003 mln. manat (54,8% çox), mənfəət vergisi ödəmələri isə 70 min manat (30,4% az) təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 7,077 mln. manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 956 min manat xalis mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər