Azərbaycanda qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırılıb
28-03-2019, 10:26
Oxunub: 2 304
Əmlak Məsələləri Dövlət Komitəsi daha bir yeniliyə imza atıb.
Bu barədə Bolgexeber.com-a qurumdan bildirilib.
Məlumatda deyilir ki, artıq dövlət müəssisələri əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirə bilər. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.
“Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” xidməti dövlət müəssisələri və komitə arasında elektron əlaqələrin yaradılmasına, şəffaflığın artırılmasına, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə şərait yaradır. Bundan başqa onlayn formada qəbul qeydiyyat vərəqələrinin elektron arxivinin təşkilini təmin edir.
Yeni yaradılan xidmətdən istifadə rahat və sürətlidir. Belə ki, dövlət müəssisələrinə dair qeydiyyat vərəqəsinin elektron formada göndərilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 39-cu elektron xidmət olan “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” bölməsinə daxil olunur. Hesabatı təqdim edən hər bir dövlət müəssisəsi üçün müəyyən edilmiş kod və şifrəni yazmaqla sistemə daxil olmaq mümkündür. Bundan sonra həmin dövlət müəssisələri haqqında ümumi məlumatlar (müəssisənin balansında olan, yeni qəbul edilmiş, balansdan çıxarılmış, istifadədə olan, lakin balansda olmayan əmlaklar) ekranda göstərilir. Hazırlanan hesabat elektron formada komitəyə göndərilir və «Bildiriş» düyməsini sıxmaqla hesabatın təqdim edilməsini təsdiq edən bildiriş əldə olunur. Komitəyə göndərilən hesabat araşdırıldıqdan sonra müvafiq ərazi idarələrinə göndərilir. Regional qurumlarda araşdırılıb və yerində yoxlandıqdan sonra uyğun hesabatlar Registr bazasına elektron qaydada yazılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər