“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı - FOTOLAR
18-11-2021, 10:29
Oxunub: 4 536
"Nar” texniki heyətinin hazırladığı və həyata keçirdiyi "Mobil rabitənin əsasları” təlimi müvəffəqiyyətlə yekunlaşdı. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif edildilər.
Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdə tələbələr mobil şəbəkənin fəaliyyətini "Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrəndilər. Tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim "Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir.
Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində "Nar” əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində "Nar” GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər