BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycan nefti kəskin ucuzlaşıb

27-11-2021, 09:30
Oxunub: 2 344 CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır.
Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,86 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,88 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,99 dollar/barel azdır.