BolgeXeber.Com » İqtisadiyyat » İqtisadiyyat nazirinə I müavin və müavin təyin olunub

İqtisadiyyat nazirinə I müavin və müavin təyin olunub

24-12-2021, 16:00
Oxunub: 4 912

Rövşən Nəcəf iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl o, nazir müavini vəzifəsində çalışıb.
Nazirlikdən verilən məlumata görə, bununla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.