Siqaret və alkoqollu içkilərin qiyməti bahalaşa bilər - AÇIQLAMA
15-03-2022, 16:39
Oxunub: 3 936
Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların bahalaşmasına səbəb olacaq.
Bolgexeber.com xəbər verir ki, bu barədə Trend-ə iqtisadçı-ekspert Xalid Kərimli açıqlamasında deyib.
"Siqaretlərdə min ədəd üçün aksiz vergisi əvvəlki 43 manatdan 46,5 manata qaldırılıb. Bu da bir qutu siqaretdə 35 qəpik artım deməkdir.
Bu isə siqaretlərin markasından asılı olaraq 35-50 qəpik bahalaşmaya gətirib çıxaracaq. Elektron siqaret və qəlyanlara tətbiq edilən aksizlər də həmin məhsulların qiymətini bahalaşdıracaq. Bundan başqa spirtli içkilərin də qiymətində artım gözlənilir.
Əvvəl 80%-lik spirtin bir litrinə aksiz 5,20 qəpik idisə, hazırda 6 manatdır. Bu da spirtli içkilərin qiymətinin 1 manata qədər artmasına gətirib çıxaracaq", - X.Kərimli deyib.
Onun sözlərinə görə, dövlət tütün məhsulları və alkoqollu içkilərdən istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz dərəcəsini artırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər