BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf modeli

Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf modeli

18-03-2022, 12:53
Oxunub: 2 576 Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.  -  HEYDƏR   ƏLİYEV
 
Bu gün  Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən müstəqil bir dövlətdir. Dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanın iqtisadi inkişafının dirçəlişində, dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin qətiyyəti sayəsində iqtisadiyyat sahəsində  islahatların həyata keçirilməsi zərurəti ön plana çəkilərək, bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi baza yaradılmışdır. 
 
İqtisadiyyatın rəqabət qabiliyyəti insan kapitalı  ilə əlaqədardır.Rəqabətədavamlı iqtisadiyyatın formalaşması isə Azərbaycan dövlətinin seçimidir. Uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlı olması ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin  rəhbərliyi altında, Azərbaycan bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Ölkə başçısının güclü siyasi iradəsi, praqmatik qərarları ilə  həyata keçirilən iqtisadi siyasət nəticəsində son illər   iqtisadiyyatımız dayanıqlı artım dövrünə daxil olmuşdur.   
Bir sözlə, iqtisadiyyatımızın müasir dövrün mənfi təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişafı, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi, makroiqtisadi sabitlik,  vaxtında aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi sayəsində mümkün olmuşdur.
 15 mart 2022-ci il   ölkəmiz üçün çox əlamətdar bir gün oldu.  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilmişdir. Ölkə başçımız təməlqoyma mərasimindəki çıxışı zamanı Azərbaycanda bərpaolunan enerji növlərinin böyük potensiala malik olduğunu vurğulamışdır. Cənab Prezidentimiz   çıxışında  qeyd etmişdir:
 “Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək, - bu, böyük ərazidir, 10 min kvadratkilometrdən çox bir ərazidir, - və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir.” 
Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. 
İqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha da sürətlə addımlayacaq.
Bugün Azərbaycan gəncliyinin qarşısında duran mühüm vəzifələrdən biri də dövlətimizin inkişafına töhvə verməkdir. Biz gənclər, yaradılan şəraitdən səmərəli istifadə edərək, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışacağıq. 
Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi - Fidan Nəsirli