“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
23-05-2022, 17:40
Oxunub: 3 208
Müştəriyönümlü strategiyasını davam etdirən “Nar”, 2022-ci ilin ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb. Aparılan hesablamalar göstərir ki, “Nar” müştəriləri balansın yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirən “Nar+” tətbiqinə üstünlük verir.
Belə ki, ötən illə müqayisədə “Nar+” tətbiqindən istifadə yarım milyon artaraq 6,6 milyon olub.
Yaranan suallara operativ cavab almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə ərzində cavab alıblar.
“Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq üzərindən aparması fonunda Çağrı Mərkəzlərinə zənglərin və “Nar” xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur. 2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən zənglərin və “Nar” mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17% azalıb. Çağrı Mərkəzinə daxil olan sorğuların 93%-i ilk zəngdən həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər