“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar İTİRDİ
28-06-2022, 17:34
Oxunub: 3 880
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti son bir ildə 1 milyard dollar azalıb.
Bolgexeber.com yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məşhur “forbes.com” portalı açıqlayıb.
Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
“Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub. Ötən ilki siyahıda Lomtadze Qazaxıstanın ən varlı şəxsləri arasında 12-ci sırada yer alıb.
“Forbes”in bugünə olan məlumatında isə göstərilir ki, Lomtadzenin sərvəti 2,2 milyard dollar təşkil edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu “DİGİTAL CLASSİFİEDS” MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman