Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
12-07-2022, 19:11
Oxunub: 4 496
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da "Aİ-95" markalı benzinin qiymətində artım gözlənilir.
Bolgexeber.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, son dövrlər dünya bazarında neftin qiymətinin artması idxal inflyasiyasını gücləndirib.
Onun sözlərinə görə, "Aİ-95" markalı benzin ölkəmizə idxal olunduğu üçün onun qiyməti dünya bazarında baş verən proseslərə əsasən tənzimlənir.
Azərbaycanda "Aİ-95" markalı benzinin 1 litri 1 manat 60 qəpiyə satıldığı halda dünya bazarında təxminən 2 manat 50 qəpiyə təklif olunur. Gürcüstanda "Aİ-95" markalı benzinin qiyməti təxminən 2 manat 29 qəpik, Ermənistanda 2 manat 16 qəpik, Türkiyədə 2 manat 56 qəpik Rusiyada isə 1 manat 63 qəpik civarında təşkil edir. 2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neftin qiyməti təqribən 65% artsa da, Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti stabil olaraq qalıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada "Aİ-95" markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%, Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.
Millət vəkili qeyd edib ki, "Aİ-95" markalı benzin ölkədə istehsal olunmadığına görə Tarif Şurası qiymətlərə müdaxilə edə bilmir.
Qeyd edək ki, hazırda ölkədə 91 faiz "Aİ- 92", 8.8 faiz "Aİ-95", 0.2 faiz "Aİ-98" markalı benzin istehlak olunur.
Ekspertlərin fikrincə, benzinin qiyməti 1 manat 80 qəpiyə qalxa bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər